Whatsapp-dakı çatlara şifrə və ya biometik üsul vasitəsilə daxil olma funksiyası istifadəyə verilib

Whatsapp-dakı çatlara şifrə və ya biometik üsul vasitəsilə daxil olma funksiyası istifadəyə verilib

Sosial Media
16.05.2023 PAYLAŞIM

    Whatsapp tərtibatçıları messenceri təkmilləşdirməyə davam edirlər. Bu dəfə Whatsapp-da Chat Lock adlı funksiya istifadəyə verilib. Bu yeni funksiya istifadəçilərə özəl çatları smartfonun şifrəsi və ya biometrik autentifikasiya vasitəsilə daxil olmağı mümkün edən ayrıca qovluğa köçürtməyə imkan verir. Beləliklə özəl çatların qapalı qovluğa köçürülməsindən sonra həmin qovluğa daxil olmaq üçün smartfonun şifrəsindən, barmaq izi və ya üz skanından istifadə etmək lazım gələcək.


    Qapalı qovluqda yerləşəcək çatlara gələn mesajları əks etdirən bildirişlər də smartfonun bildirişlər panelində avtomatik olaraq gizli qalacaqlar. Qeyd etmək lazımdır ki, qapalı qovluğa özəl çatlarla birlikdə həmçinin qrup çatlarını da əlavə etmək olar. Özəl və ya qrup çatını qapalı etmək üçün sadəcə olaraq çat daxilində həmsöhbət şəxsin və ya qrup çatının fotosuna klikləyərək ortaya çıxan müvafiq bəndi seçmək lazımdır. Chat Lock funksiyası istifadəçinin bu və ya digər səbəbdən öz smartfonunu digər şəxsə verməsi zamanı lazımlı ola bilər. Məlumatda qeyd edilib ki, bu funksiya tədricən hamı üçün aktivləşdirilir.



DAHA ÇOX


Whatsapp tərtibatçıları istifadəçilər üçün Security Center adlı veb resursu isti..

Whatsapp məlumatların qorunması üçün nəzərdə tutulmuş faydalı funksiyalara sahibdir.


Whatsapp yaxın zamanda Microsoft Teams ilə Zoom-da olan maraqlı funksiyanı əldə ..

Whatsapp yaxın zamanda Microsoft Teams və Zoom kimi digər video əlaqə servislərində olan maraqlı fun..


Youtube-da Stories paylaşımları etmək imkanı ləğv ediləcək

Snapchat Stories paylaşımlarını məşhurlaşdırandan sonra müxtəlif sosial şəbəkə ilə servislər bu özəl..


TikTok öz çat-botunu test etməyə başlayıb

TikTok özünün Tako adlı çat-botunu test etməyə başlayıb.


Whatsapp-da istifadəçilər üçün ləqəblər (nickname) funksiyası istifadəyə veriləc..

Whatsapp tərtibatçıları messencerdə yeni faydalı funksiyanı istifadəyə verməyə hazırlaşırlar...


TikTok-un mənbə kodu və məsləhət xarakterli alqoritmi ABŞ-ın Oracle şirkətinə tə..

TikTok administrasiyası yaxın zamanda ABŞ-ın Oracle şirkətinə servisin mənbə kodunu və platformanın ..

×