main-post-cover

    Whatsapp-dakı foto fayllarının sızmalarının qarşısını alacaq yeni funksiya istifadəyə verilib

    Sosial Media
    10.04.2022
    Farid Pardashunas
        Whatsapp-ın beta versiyasında konfidensiallığın qorunması üzrə yeni funksiya istifadəyə verilib. İstifadəyə verilmiş yeni funksiya avtomatik silinən mesajlar rejimini tamamlayır. Belə ki, bundan sonra avtomatik silinən mesajlar rejiminin işə salındığı çatlarda göndərilən fotolar öz kopyalarını Gallery-də avtomatik olaraq yarada bilməyəcəklər. Yaxın gələcəkdə messencerin stabil versiyasında istifadəyə veriləcək bu funksiyanın necə çalışdığı üzrə foto da təqdim edilib. Verilmiş məlumata əsasən avtomatik silinən mesajlar rejimini aktivləşdirən zaman messencer istifadəçiyə xüsusi pəncərəni təqdim edir və həmin pəncərədə sözügedən çat üzərindən göndərilən fotoların kopyalarının avtomatik olaraq Gallery-də yaradılmasının qeyri-mümkün olduğu üzrə bildiriş əks olunur.
        Beləliklə təyin edilmiş müəyyən zamandan sonra bu cür çatlardakı bütün məlumatların avtomatik şəkildə silinmələri nəticəsində heç bir fotonun kopyası Gallery-də saxlanılmır. Whatsapp-ın iOS Android üçün mövcud olan aktual versiyalarında istifadəçilər hətta avtomatik silinən mesajlar funksiyasının aktiv olduğu halda da fərdi şəkildə ayrı-ayrı fotoları Gallery-də saxlaya bilirlər. Sözügedən yeni funksiyanın istifadəyə verilməsindən sonra istifadəçilərin hal hazırda sahib olduqları bu cür özəlliyin dəyişikliyə məruz qalıb-qalmayacağı bilinmir. Yeni funksiyanın messencerin stabil versiyasında nə zaman istifadəyə veriləcəyi barəsində də bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər