Whatsapp-dakı mesajların hamı üçün silinmələri üzrə olan zaman limiti yüksəldiləcək
Sosial Media
02.11.2021
Farid Pardashunas
Ortaya çıxmış məlumata əsasən Whatsapp qrup və özəl çatlarda mesajların hamı üçün silinmələri üzrə nəzərdə tutulmuş zaman limitini yüksəltməyi planlaşdırır. Nəticədə hətta ən köhnə mesajları da hamı üçün silmək mümkün olacaq. Whatsapp-da mesajların silinmələri funksiyası 2017-ci ildə istifadəyə verilmişdi. İlk əvvəllər mesajların hamı üçün silinmələrinə 7 dəqiqə vaxt verilirdi. Daha sonra isə bu limit 1 saat 13 dəqiqəyə yüksəldilmişdi. Ortaya çıxmıış yeni məlumata əsasən Whatsapp-ın Android üçün olan 2.21.23.1 nömrəli beta versiyasında mesajların hamı üçün silinmələri üzrə zaman limiti sonsuzluğa kimi yüksəldilib. Sözügedən funksiyanın hələ hazırlanma mərhələsində olduğu üçün onun beta test istifadəçilərinə nə zaman təqdim ediləcəyi barəsində məlumat yoxdur. Bununla da yeni imkanın adi istifadəçilər tərəfindən nə zaman istifadə ediləcəyi də bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ