Whatsapp-dakı qrup çatlarında istifadəçilərin say limiti yüksəldilib

Whatsapp-dakı qrup çatlarında istifadəçilərin say limiti yüksəldilib

Sosial Media
10.10.2022 PAYLAŞIM

    Whatsapp insanlar arasında ünsiyyət üçün nəzərdə tutulmuş ən məşhur messencerlərdən biridir. Lakin onun da öz çatışmazlıqları var. Onlardan biri də qrup çatlarında mümkün istifadəçi sayı ilə bağlıdır. Müəyyən müddət ərzində Whatsapp daxilindəki qrup çatlarında maksimum 256 nəfər istifadəçi ola bilərdi. Lakin daha sonra messencer bu limiti 512 nəfər istifadəçiyə yüksəltdi. İndi isə Whatsapp bu mövzuda daha da irəli gedib. Faktiki olaraq adi qrup çatları üçün 512 nəfər istifadəçi limiti kifayət edən göstəricidir.

    Lakin daxilində hansısa təşkilatın əməkdaşlarını birləşdirən qrup çatları üçün 512 nəfər istifadəçi limiti heç də kifayət etmir. Beləliklə Whatsapp-dakı qrup çatlarında iştirak edə biləcək istifadəçi sayı 1024 nəfərə yüksəldilib. Verilmiş məlumata əsasən qrup çatları üçün nəzərdə tutulmuş bu yeni imkan hal hazırda messencerin yalnız beta versiyasında istifadəyə verilib. Bu yeni imkan Whatsapp-ın həm Android həm də iOS üçün nəzərdə tutulmuş beta versiyalarında məhdud istifadəçi arasında istifadəyə verlib.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Mac kompüterləri üçün Whatsapp-ın Apple M prosessorlarını dəstəkləyən beta versi..

Whatsapp tərtibatçıları keçən ilin yay fəslində messencerin Mac kompüterləri üçün nəzərdə tutulmuş t..


Whatsapp-da fotoları ilkin keyfiyyətdə göndərmək mümkün olacaq

Whatsapp tərtibatçıları messenceri təkmilləşdirməyə davam edirlər. Məlum olub ki, onlar messencerin ..


Elon Musk daha bahalı Twitter Blue abunəliyini istifadəyə verməyi planlaşdırır..

Elon Musk bir neçə gün bundan öncə onu narahat edən məsələlər barəsində fikrini bildirib...


Twitter yaxın zamanda müasir messencerlərin vacib funksiyalarından birini əldə e..

İnsayderlərin verdikləri yeni məlumata əsasən Twitter yaxın zamanda istifadəçilərin bir-biriləri ilə..


Whatsapp-da audio formatlı statusların testinə start verilib

Whatsapp-ın yeni beta versiyasında barəsində uzun müddət ərzində məlumat sızıntısı olmuş növbəti fun..


Whatsapp-da yaxın zamanda istifadəyə veriləcək yeni funksiyalar məlum olub

Whatsapp tərtibatçıları messencer üçün nəzərdə tutulmuş növbəti yenilənmə üzərində çalışırlar və o, ..

×