main-post-cover

    Whatsapp-dakı səsli mesajları mətn formatına çevirməyə imkan verəcək yeni funksiya hazırlanır

    Sosial Media
    13.09.2021
    Emil Nəcəfov
        Whatsapp tərtibatçıları messencerdə reallaşdırılacaq maraqlı və faydalı yeni funksiya üzərində çalışırlar. Lakin sözügedən yeni funksiya ilk növbədə iOS istifadəçiləri üçün aktiv olacaq. Beləliklə verilmiş məlumata əsasən yaxın zamanda iOS istifadəçiləri Whatsapp-dakı səsli mesajları mətn formatına çevirə biləcəklər. Sözügedən funksiya hazırlanma mərhələsindədir və gözləntilərə əsasən yaxın zamanda messencerin beta test versiyasında istifadəyə veriləcək. Məlumatda qeyd edilib ki, səsli mesajların daxilində olan məlumatlar Facebook serverlərinə göndərilməyəcək.
        Səsli mesajların mətn formatına çevriləmələri prosesi isə birbaşa smartfonlarda reallaşdırılacaq. Bununla yanaşı məlumata əsasən bu və ya digər səsli mesaj bir dəfə mətn formatına çevriləndən sonra onu təkrar olaraq bu prosesdən keçirtməyə ehtiyac qalmayacaq. Belə ki, səsli mesajın mətn formatında olan versiyası Whatsapp-ın lokal bazasında saxlanacaq. Bu yeni funksiyanın Whatsapp-ın Android versiyası üçün nə zaman təqdim olunacağı barəsində məlumat daha sonra veriləcək.
    Linki kopyala