Logo
    main-post-cover

    WhatsApp-dakı Statuslar funksiyası yeni imkan əldə edəcək

    Sosial Media
    02.09.2025
         WhatsApp-ın iOS üçün yeni beta versiyasında “Close friends” adlı yeni funksiya aşkar edilib. Bu funksiya istifadəçilərə öz “foto-macəralarını” auditoriyaya göstərmədən statuslar vasitəsilə özünüifadə imkanı verəcək. Yeni funksiya yalnız 24 saat ərzində əlçatan olan paylaşımlar yaratmaq üçün nəzərdə tutulan WhatsApp Status alətinin bir hissəsi olacaq. Statusların iş prinsipi dəyişməyəcək, lakin yeniləmədən sonra onların kimlərə görünəcəyini seçmək mümkün olacaq:
    My contacts”: yeniləmə ünvan kitabçasındakı bütün kontaktlara görünəcək.
    My contacts except…”: yeniləmə müəyyən şəxslər istisna olmaqla bütün kontaktlara görünəcək.
    Only share with…”: yeniləmə yalnız seçilmiş şəxslərə görünəcək.
         Məlumata görə, istifadəçilər mövcud məxfilik ayarları ekranında xüsusi yaxın dostlar siyahısı yarada biləcəklər. Bu zaman siyahıya əlavə olunan və ya əksinə, oradan çıxarılan insanlar bunun fərqinə varmayacaqlar. Dostluq statusları messencer daxilində fərqli rəngli halqa ilə işarələnəcək. Bu isə seçilmiş kontaktlara paylaşımın kiçik bir auditoriya üçün nəzərdə tutulduğunu anlamağa imkan verəcək.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    WhatsApp-dakı Statuslar funksiyası yeni imkan əldə edəcək | Technote