main-post-cover

    Whatsapp-dakı yeni funksiya vasitəsilə online statusu bilinməyən şəxslərdən gizlətmək olacaq

    Sosial Media
    14.12.2021
    Emil Nəcəfov
        Whatsapp tərtibatçıları istifadəçilərin konfidensiallıq səviyyələrini yüksəltməyə yönəlik yeni funksiyalar üzərində çalışmağa davam edirlər. Ortaya çıxmış məlumata əsasən tərtibatçılar messencerdəki online statusu istifadəçi tərəfindən bilinməyən şəxslərdən gizlətməyə imkan verəcək funksiya üzərində çalışırlar. Hal hazırda Whatsapp-da istifadəçinin online status göstəricisi standart olaraq bütün istifadəçilər tərəfindən görünə bilir. Lakin yaxın zamanda istifadəyə veriləcək yeni funksiya sayəsində istifadəçinin online statusunu yalnız onun kontaktları görə biləcəklər.
        Lazım olduğu halda istifadəçi ayarlarda həmin statusu hamı üçün görünən və ya əksinə heç kim tərəfindən görünməyən edə biləcək. Qeyd etmək lazımdır ki, sözügedən status sayəsində bu və ya digər istifadəçinin messencerdə online olub-olmadığını və ya onun sonuncu dəfə nə zaman messencerə daxil olduğunu görməyə imkan verir. Bu cür yenilik mahiyyətcə kiçik görünə bilər
         Lakin praktiki olaraq məlum olub ki, kənar tətbiqlər çox hallarda bu məlumatı əldə edirlər. Bu cür məlumatlar isə ayrı-ayrı istifadəçilərin izlənmələrində istifadə oluna bilərlər. Beləliklə yeni funksiyanın aktivləşdirilməsi nəticəsində kənar tətbiqlər istifadəçilərin messencerdəki online statusları barəsində məlumatları əldə edə bilməyəcəklər. Məlumata əsasən hal hazırda sözügedən funksiya messencerin Android iOS versiyasında test edilir. Gözləntilərə əsasən tərtibatçılar artıq yaxın zamanda onu istifadəyə verəcəklər.
    Linki kopyala