main-post-cover

    Whatsapp-dakı yeni sistem boşluğu bir mesaj ilə messenceri sıradan çıxartmağa imkan verir

    Sosial Media
    23.12.2019
    Emil Nəcəfov
        Son zamanlarda dünyanın ən məşhur messenceri olan Whatsapp-da istifadəçilərin konfidensial məlumatlarının itirilməsinə gətirib çıxardan çoxlu sayda sistem boşluğu aşkar edilib. İndi isə messencerdə daha bir ciddi sistem boşluğu aşkar edilib. Bu barədə Engadget saytı xəbər verib. Check Point Research şirkətindən olan mütəxəssislər bildiriblər ki, messencerdəki qrup çatlarına qoşulandan sonra mesajların parametrlərinin dəyişdirilməsi imkanı yaranıb.
        Bunu isə messencerin veb interfeysi vasitəsilə etmək olurdu. Nəticədə bu boşluqdan istifadə edən hacker xüsusi hazırlanmış mesaj vasitəsilə qrup çatındakı bütün istifadəçilər üçün təcili permanent dövrü işə salır. İstifadəçi üçün yeganə çıxış yolu kimi isə messenceri silərək yenidən smartfona quraşdırmaqdır. Qeyd edilib ki, bu sistem boşluğu messencerin 2.19.58 versiyasında ortadan qaldırılıb. Whatsapp işlədən bütün istifadəçilərə messencerin yenilənməsi məsləhət görülür.
    Linki kopyala