main-post-cover

    Whatsapp digər messencerlərdən mesajları qəbul edə biləcək

    Sosial Media
    12.09.2023
    Emil Nəcəfov
        Whatsapp-ın beta versiyasının istifadəçiləri messencer ilə bağlı maraqlı bir screenshot fotonu bölüşüblər. Təqdim edilmiş screenshot fotoda messencerin Android üçün nəzərdə tutulmuş beta versiyasının yeni səhifəsi əks olunub. Həmin səhifəyə əsasən Whatsapp yaxın zamanda digər messencerlərin istifadəçiləri arasında mesajların mübadiləsi funksiyasını əldə edəcək. Bu funksiya Avropa Birliyinin rəqəmsal bazarlar üzrə yeni qanun layihəsi (DMA) səbəbilə yaxın 6 ay ərzində messencerin Android və iOS versiyalarında istifadəyə verilməlidir.
        Qeyd etmək lazımdır ki, sözügedən qanun layihəsinə əsasən müxtəlif platformaların istifadəçiləri digər servislərdə qeydiyyatdan keçmədən bir-biriləri ilə ünsiyyət qurmaq imkanına sahib olmalıdırlar. Təqdim edilmiş screenshot fotoda kənar çatları özündə birləşdirən səhifə əks olunub. Həmin səhifədə Telegram və digər messencerlərdəki istifadəçilər ilə olan çatlar əks olunacaqlar.
        Beləliklə məsələn əgər siz yalnız Telegram-dan və ya digər messencerdən istifadə edirsinizsə, deməli rahatlıqla digər şəxsin Whatsapp-da hesabına mesaj göndərə biləcəksiniz. Bununla belə sizin Whatsapp-ı yükləyərək onda qeydiyyatdan keçməyinizə ehtiyac qalmayacaq. Lakin tərtibatçıların mesajların bir messencerdən digərinə göndərilməsi zamanı onların end-to-end şifrələmələrini necə reallaşdıracaqları tam aydın deyil. Üstəlik bu funksiyanın digər regionlarda aktiv olub-olmayacağı da bilinmir. Belə ki, DMA yalnız Avropa Birliyi regionunda keçərlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər