Whatsapp iki faktorlu autentifikasiya üçün olan təhlükəsizlik kodlarını şifrələnməmiş şəkildə saxlayır

Whatsapp iki faktorlu autentifikasiya üçün olan təhlükəsizlik kodlarını şifrələnməmiş şəkildə saxlayır

Sosial Media
30.03.2020 PAYLAŞIM

    İki faktorlu autentifikasiya sistemi Whatsapp messencerində 2017-ci ildə istifadəyə verilmişdi. Bu sistem istifadəçilərin əlavə təhlükəsizliklərinin təmin olunması üçün nəzərdə tutulub. Lakin istifadəçilərin verdikləri məlumatlara əsasən Android smartfonların istifadəçiləri onların məlumatlarını əldə edə bilərlər. Bu barədə WABetainfo saytı xəbər verib.

    Belə ki, iki faktorlu autentifikasiya üçün nəzərdə tutulmuş təhlükəsizlik kodları bir növ sandbox-da yerləşirlər. Bu, yaddaşın xüsusi hissəsidir və digər tətbiqlər ona keçid edə bilmirlər. Lakin Android smartfonlarda superistifadəçi rejimini aktivləşdirəndən sonra həmin təhlükəsizlik kodlarını görmək mümkün olur.

Bənzər xəbər


    Beləliklə superistifadəçi rejimini əldə etmiş istənilən tətbiq təhlükəsizlik kodlarına sahib fayllara baxa bilər. iOS əməliyyat sistemində də autentifikasiya kodları şifrələnmirlər. Buna görə də nəzəri cəhətdən hackerlər müxtəlif sistem boşluqlarından istifadə edərək təhlükəsizlik kodlarını əldə edə bilərlər. Whatsapp tərtibatçılarına faylın şifrələnməsi məsləhət görülüb. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Youtube videolarını brauzer üzərindən kompüterə yükləmək mümkün olacaq..

Youtube brauzer üzərindən kompüterə videoların yüklənməsi funksiyası üzərində çalışır...


Whatsapp-da konkret mesajları şikayət etmək funksiyası istifadəyə verilib

Whatsapp ayrı-ayrı şəxslərin digərləri üçün diskomfort yaratmamaları yolunda digər messencer və sosi..


Telegram-da növbəti yeni funksiyalar istifadəyə verilib

Telegram tərtibatçıları messencer üçün növbəti böyük yenilənməni təqdim ediblər.


Whatsapp-dakı səsli mesajları mətn formatına çevirməyə imkan verəcək yeni funksi..

Whatsapp tərtibatçıları messencerdə reallaşdırılacaq maraqlı və faydalı yeni funksiya üzərində çalış..


Yaxın zamanda Whatsapp-ın köhnə əməliyyat sistemlərində dəstəyi dayandırılacaq..

Whatsapp tərtibatçıları yaxın zamanda messencerin köhnə əməliyyat sistemli smartfonlarda dəstəyinin ..

×