Whatsapp-ın 4 müxtəlif cihazda istifadəsi funksiyası işə düşüb
Sosial Media
08.11.2021
Farid Pardashunas
Hələ bir neçə müddət bundan öncə Whatsapp-ın veb versiyasından istifadə etmək üçün istifadəçi öz smartfonunu daima yanında saxlamalı idi. Belə ki, hər dəfə QR kodu skan etməklə smartfon kompüterlə sinxronlaşdırılmalı idi. Beləliklə bir neçə ay ərzində olmuş beta test mərhələsindən sonra bu qıcıqlandırıcı proses aradan qaldırılıb. Belə ki, bundan sonra messenceri 4 fərqli cihazda istifadə etmək olacaq və bunun üçün daimi sinxronlaşdırma lazım olmayacaq. Whatsapp-ın kompüterdə və ya planşetdə çalışması üçün smartfonu internetə qoşmağa artıq ehtiyac yoxdur. Hər bir cihaz üçün ayrıca identifikator nəzərdə tutulub. Bununla yanaşı bir istifadəçi hesabına sahib müxtəlif cihazlar server daxilində bir-biriləri əlaqəlidirlər.
Maraqlısı ondadır ki, planşeti əsas cihaz kimi istifadə etmək olmayacaq. iPhone istifadəçiləri isə bəzi məhdudiyyətlər ilə qarşılaşacaqlar. Belə ki, onlar əlavə cihazlarda istifadə edilən Whatsapp-ın çatlarını və mesajlarını silə bilməyəcəklər. Bununla yanaşı messencer tərtibatçıları bildiriblər ki, istifadəçilər Whatsapp-ı minimum 14 gün ərzində heç olmasa 1 dəfə əsas cihazda işə salmalıdırlar. Əks halda messencerin digər cihazlarla olan sinxronlaşması aradan qalxacaq. Sözügedən yeni funksiyanı aktivləşdirmək üçün Linked Devices bölməsinə keçid etmək və QR kodu skan etmək lazımdır. Qeyd etmək lazımdır ki, bir istifadəçi hesabına maksimum 4 cihazı birləşdirmək mümkündür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)