
WhatsApp-ın Android versiyasına səsli ismarışlarla bağlı iki funksiya gəlib
Sosial Media
05.04.2018
Emil
Wabetainfo saytı WhatsApp-ın
Android versiyası üçün olan yeni beta versiyası haqqında məlumatlar verib. Belə
ki, WhatsApp 2.18.71 versiyasına səsli ismarışlarla bağlı iki yeni funksiya əlavə
olunub. Bundan sonra uzun səsli ismarışın yazılması zamanı istifadəçi səsyazma
düyməsini klik edib saxlamalı olmayacaq. İstifadəçi sadəcə olaraq barmağını
yuxarı scroll edərək öz səsini yaza biləcək.

Lakin səsyazmanı istifadəçi özü
dayandırmalı olacaq. İkinci funksiya isə ondan ibarətdir ki, səsli ismarışı
göndərməmişdən öncə onu dinləmək mümkün olacaq. Əlavə olan kiçik bir yenilik
kimi həmdə stikerlərin nə qədər yaddaş həcmi tutduqları məlumatının əks
olunmasıdır. Bu isə öz növbəsində sistem yaddaşı aşağı olan smartfonlar üçün əlverişli
olacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
