
WhatsApp Android versiya üçün olan yeni funksiyaları test edir. Baxaq görək yaxın zamanda Android istifadəçilərini hansı yeni özəlliklər gözləyir.
“Tap and hold to unblock” adlı yeni funksiya sayəsində istifadəçilər block olunmuş şəxsin üzərinə klik edərək onu blockdan çıxara və ismarış göndərə bilərlər.
Facebook-un iOS versiyasına Dark Mode gəlir
iOS-də olduğu kimi dəvətnamə linkləri funksiyası. Bu funksiya artıq bir müddətdir ki, tətbiqin iOS versiyasında çalışır və yaxın zamanda Android-də də aktiv olacaq. Həmin funksiya sayəsində istifadəçiləri qrup çatlarına dəvət etmək olar.
“Shake to report” adlı yeni funksiya sayəsində istifadəçilər öz smartfonlarını silkələyərək WhatsApp-ın dəstək servisi ilə əlaqə saxlayaraq tətbiqin hansısa problemi barəsində məlumat verə bilərlər.
Yeni admin özəllikləri. Çat
adminləri üçün olan yeni funksiyalar sayəsində onlar çatın iştirakçılarına
ismarış göndərə, qrup çatının məlumatlarını redaktə və s. edə bilərlər. Qeyd
etmək laızmdır ki, bu funksiyalardan bəziləri tətbiqin beta versiyasında var.
Lakin bu o demək deyil ki, onlar tətbiqin final versiyasına daxil olacaqlar.
Şərh yoxdur