Logo
    main-post-cover

    WhatsApp-ın Android versiyasında kontentlərin HD keyfiyyətdə yüklənməsi test edilir

    Sosial Media
    10.06.2025
    Emil
         Son aylarda WhatsApp tərtibatçıları istifadəçilərə cihazlarına avtomatik yüklənən foto və videoların keyfiyyətini seçmək imkanı verən funksiyanı sınaqdan keçirirdilər. İndi isə bu funksiya tədricən messencerin beta-test proqramı iştirakçıları arasında yayılmağa başlayıb. Mənbənin məlumatına görə, foto və videoların keyfiyyətinin avtomatik seçilməsi funksiyası Android əməliyyat sistemli cihazlar üçün nəzərdə tutulan WhatsApp 2.25.18.11 beta versiyasını istifadə edən bəzi istifadəçilər üçün artıq əlçatandır. Gözlənilir ki, yaxın həftələr ərzində bu funksiyanı tətbiqin beta-test proqramının bütün iştirakçıları sınaqdan keçirə biləcək.
         Yeni funksiyanı messencerin ayarlarında tapmaq mümkündür. Bunun üçün “Storage and data” bölməsinə daxil olub “Media upload quality” seçimini etmək lazımdır. İstifadəçiyə iki seçim təklif olunur: Standart keyfiyyət və HD keyfiyyət. Standart keyfiyyət seçildikdə, WhatsApp media fayllarının sıxılmış versiyalarını avtomatik olaraq cihazınıza yükləyəcək. Məlumata əsasən WhatsApp yüksək keyfiyyətli foto və videoların göndərilməsi zamanı ikili yükləmə sistemi tətbiq edib.
         Bu o deməkdir ki, istifadəçi HD formatında foto və ya video göndərdikdə, onun cihazı avtomatik olaraq həmin faylın standart və HD versiyasını yaradaraq yükləmə üçün hazırlayır. Bu yanaşma ona görə vacibdir ki, end-to-end şifrələmə WhatsApp-a öz serverlərində faylları emal etməyə və sıxmağa imkan vermir. Bu səbəbdən həm standart, həm də HD versiyalar göndəricinin cihazından WhatsApp serverlərinə yüklənir. Qəbul edən tərəf isə faylın hansı versiyasını qəbul edəcəyini öz cihazındakı ayarlara əsasən alacaq.
    Paylaş