main-post-cover

    Whatsapp-ın desktop versiyasında audio və videozənglər istifadəyə verilib

    Sosial Media
    04.03.2021
    Emil Nəcəfov
        Uzunmüddətli gözləntilərdən sonra Whatsapp tərtibatçıları messencerin desktop versiyasına sonunda audio və videozəngləri əlavə ediblər. Sözügedən funksiyaların istifadəyə verilməsinə baxmayaraq onlar bir qədər məhdudlaşdırılmış şəkildə çalışırlar. Lakin gələcəkdə bu problem aradan qaldırılacaq. Qeyd etmək lazımdır ki, messencerin desktop versiyasında audio və videozənglər dekabr ayından test olunurdular.
        Beləliklə mobil versiyada olduğu kimi messencerin macOS Windows versiyasında audio ilə videozənglər end-to-end şifrələnmə vasitəsilə qorunurlar. Zənglər zamanı istifadəçilər ekranı kitab formatından albom formatına keçirdə və mikrofon ilə kameranı deaktiv edə bilərlər. Qeyd etmək lazımdır ki, desktop versiyada yalnız individual çatlarda audio və videozəngləri reallaşdırmaq olar. Lakin gələcəkdə bu funksiyaların həmçinin qrup çatlarına da əlavə ediləcəyi gözlənilir. Audio və videozənglər messencerin veb versiyasında hələ aktiv deyillər.
    Linki kopyala