Reklam
Whatsapp-ın əsas problemlərindən biri aradan qaldırılacaq

Whatsapp-ın əsas problemlərindən biri aradan qaldırılacaq

Sosial Media
25.08.2020 PAYLAŞIM

    Whatsapp messencerinin narahatlıq yaradan əsas özəlliklərindən biri də faylların mübadiləsi zamanı smartfondakı yaddaşın dolmasıdır. Smartfondakı yaddaşı azad etmək üçün istifadəçilər ya fərdi şəkildə böyük həcmli faylları silməli ya da bütün keşi tamamilə təmizləməlidirlər. Lakin yaxın zamanda bu vəziyyət yaxşıya doğru düzələ bilər. Belə ki, məlumata əsasən tərtibatçılar messencerdə genişləndirilmiş multimedia imkanlarını test edirlər.


    Bu barədə WABetaInfo saytı xəbər verib. Sözügedən saytın mütəxəssisləri qapalı beta test mərhələsində olan yeni Whatsapp versiyasının interfeysinin fotosunu təqdim ediblər. Fotodan da görmək olar ki, yaxın zamanda messencerə fayl meneceri inteqrasiya ediləcək. Həmin fayl meneceri vasitəsilə istifadəçilər çatlardakı multimedia kontentlərinin yerləşdikləri yaddaş həcmini idarə edə biləcəklər.

    Bununla yanaşı insayderlər xəbər veriblər ki, Whatsapp-a həmçinin yaddaşın smart təmizlənməsi funksiyası da əlavə ediləcək. Həmin funksiya daxili yaddaşda hansı kontentlərin daha böyük həcmə sahib olduqlarını istifadəçiyə təqdim edəcək. Bu yeni özəlliklərin messencerə nə zaman əlavə ediləcəkləri barəsində bir məlumat yoxdur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram istifadəçilərin yaşlarını təyin etmək üçün süni zəka sistemindən istif..

Instagram öz istifadəçilərinin yaşlarını təyin edən yeni üsulları test edir. Onların arasında Yoti a..


Meta-nın Instagram və Facebook platformalarında yeni monetizasiya imkanları isti..

Meta şirkətinin CEO-su Mark Zuckerberg elan edib ki, şirkət kontent yaradıcıları üçün olan monetizas..


Aylıq ödənişli Telegram premium istifadəyə verilib

Telegram messenceri öz servisində Premium abunəliyin istifadəyə verildiyini elan edib. Bu barədə məl..


Pavel Durov aylıq ödənişli Telegram Premium-u anons edib

Uzun müddət idi ki, internetdə Telegram Premium barəsində məlumatlar ortaya çıxırdı.


Telegram Premium-un istifadəçilər üçün olacaq bütün üstünlükləri məlum olub..

Telegram-da ödənişli funksiyaların istifadəyə veriləcəyi barəsində məlumatlar artıq uzun müddətdir k..


Whatsapp-da göndərilmiş mesajların redaktə edilməsi funksiyası hazırlanır..

Bəzən istifadəçilər mətnli mesajları tez göndərdikləri səbəbilə onların tərkiblərinə lazımi diqqəti ..

×