Whatsapp-ın iOS üçün olan beta versiyası çoxdan gözlənilən funksiyanı əldə edib

Whatsapp-ın iOS üçün olan beta versiyası çoxdan gözlənilən funksiyanı əldə edib

Sosial Media
03.05.2023 PAYLAŞIM

    Whatsapp-ın iOS versiyasına çoxdan gözlənilən funksiyalardan biri sonunda əlavə edildi. Söhbət, Apple şirkətinin bulud sisteminə qoşulmadan çatların bir cihazdan digərinə köçürülməsindən gedir. Qeyd etmək lazımdır ki, daha öncə çatların bir cihazdan digərinə köçürülməsi halında mütləq şəkildə iCloud-dan istifadə etmək lazım idi. iCloud-un pulsuz versiyasında yaddaş həcminin az olması səbəbilə bu, istifadəçilər üçün müəyyən problemlər yaradırdı. iCloud-un pulsuz versiyasında yalnız 5 GB yaddaş həcmi təklif edilir. Bu isə bütün tətbiqlər ilə məlumatların ehtiyat kopyalarını yaratmağa kifayət etmir.


    Whatsapp-da isə bir çatın tərkib hissəsi 1 GB-dan daha çox yer tuta bilər. Bu səbəbdən də Whatsapp-da çatların bir iPhone-dan digərinə Apple serverlərindən yan keçməklə köçürülməsi imkanı reallaşdırılıb. Bu prosesi reallaşdırmaq üçün istifadəçilər yeni iPhone-da olan Whatsapp-da hesaba daxil olub ayarlardqkı “Transfer Chats to iPhone” bəndinə klikləməlidirlər. Nəticədə messencer tərəfindən generasiya edilmiş QR kodu köhnə smartfon vasitəsilə skan etmək lazımdır. Skan edəndən sonra çatlar avtomatik şəkildə bir cihazdan digərinə köçürüləcək. Hal hazırda bu yeni funksiya Whatsapp-ın iOS üçün nəzərdə tutulmuş son beta versiyasında məhdud sayda istifadəçidə aktivləşdirilib. Funksiyanın messencerin stabil versiyasında nə zaman istifadəyə veriləcəyi bilinmir.



DAHA ÇOX


Whatsapp tərtibatçıları istifadəçilər üçün Security Center adlı veb resursu isti..

Whatsapp məlumatların qorunması üçün nəzərdə tutulmuş faydalı funksiyalara sahibdir.


Whatsapp yaxın zamanda Microsoft Teams ilə Zoom-da olan maraqlı funksiyanı əldə ..

Whatsapp yaxın zamanda Microsoft Teams və Zoom kimi digər video əlaqə servislərində olan maraqlı fun..


Youtube-da Stories paylaşımları etmək imkanı ləğv ediləcək

Snapchat Stories paylaşımlarını məşhurlaşdırandan sonra müxtəlif sosial şəbəkə ilə servislər bu özəl..


TikTok öz çat-botunu test etməyə başlayıb

TikTok özünün Tako adlı çat-botunu test etməyə başlayıb.


Whatsapp-da istifadəçilər üçün ləqəblər (nickname) funksiyası istifadəyə veriləc..

Whatsapp tərtibatçıları messencerdə yeni faydalı funksiyanı istifadəyə verməyə hazırlaşırlar...


TikTok-un mənbə kodu və məsləhət xarakterli alqoritmi ABŞ-ın Oracle şirkətinə tə..

TikTok administrasiyası yaxın zamanda ABŞ-ın Oracle şirkətinə servisin mənbə kodunu və platformanın ..

×