Logo
    main-post-cover

    Whatsapp'ın iOS versiyasına gələn 3 yenilik

    Sosial Media
    26.11.2019
            Whatsapp Beta versiyasında aktiv olan bəzi yenilikləri artıq yavaş-yavaş stabil versiyaya inteqrasiya etməyə başlayıb. Uzun test mərhələlərindən sonra əgər müsbət geri dönüşlər əldə edilərsə bu funksiyalar stabil hala keçirilir və bütün istifadəçilərə təqdim edilir. Bu səfər isə Whatsapp-ın ənənəvi olaraq ilk öncə iOS-a verdiyi 3 yeni funksiyadan bəhs edəcəyik.

    Whatsapp'ın iOS versiyasına 2.19.120 yenilənməsi gəldi və 3 yeni funksiya istifadəyə verildi.

    • Mobil cihazlarda olan "Zəng Gözlətmə" funksiyası artıq Whatsapp-da mövcuddur. Yəni Whatsapp ilə kimləsə danışarkən başqa biri Whatsapp üzərindən sizə zəng edərsə hal-hazırda danışdığınız şəxsi gözlədib digər zəngi aça biləcəksiniz. 
    • Digər bir yenilik istifadəçilərin mesajlara daha sürətli baxa bilməsi üçün mesaj ekranının daha da optimallaşdırılmasıdır. 
    • 3-cü yenilik isə artıq sizi kimlərin Whatsapp qruplarına əlavə edə biləcəyini seçə biləcəksiniz. Bunun üçün Ayarlar>Hesab>Təhlükəsizlik>Qruplar menyusuna daxil olmağınız kifayətdir. 
            Qeyd edək ki, bu funksiyaları istifadə edə bilmək üçün Whatsappın son versiyasını yükləməlisiniz. 
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Whatsapp'ın iOS versiyasına gələn 3 yenilik | Technote