Whatsapp-ın iOS versiyasına Telegram-ın maraqlı funksiyası əlavə ediləcək

Whatsapp-ın iOS versiyasına Telegram-ın maraqlı funksiyası əlavə ediləcək

Sosial Media
01.05.2023 PAYLAŞIM

    Whatsapp-ın iOS üçün nəzərdə tutulmuş beta versiyasının istifadəçiləri messencerin yeni funksiyasını əldə etməyə başlayıblar. İstifadəyə verilmiş funksiya artıq bir neçə müddətdir ki, Telegram-da da istifadə edilir. Yeni funksiya səsli mesajları əhatə edir. İstifadəçilərin təqdim etmiş olduqları screenshot fotoya əsasən Whatsapp-ın iOS üçün olan beta versiyası səsli mesajların mətn formatına köçürülməsi funksiyasını əldə edib. Sözügedən funksiya messencerin iOS üçün olan 2.23.9.70 nömrəli beta versiyasında aktivdir.


    Screenshot fotodan da görmək olar ki, səsli mesajın mətn formatına konvertasiyası zamanı istifadəçi menyuda səsli mesajın hansı dildə mətn formatına konvertasiya olunacağını da seçə biləcək. Məlumatda qeyd edilib ki, konvertasiya prosesi lokal şəkildə baş tutur və bu halda məlumatlar messencerin serverlərinə ötürülmür. Bununla yanaşı konvertasiya prosesi end-to-end şifrələnməsini də pozmur. Bu yeni funksiyanın yaxın həftələrə ərzində Whatsapp-ın iOS üçün nəzərdə tutulmuş stabil versiyasında istifadəyə veriləcəyi gözlənilir.



DAHA ÇOX


Whatsapp tərtibatçıları istifadəçilər üçün Security Center adlı veb resursu isti..

Whatsapp məlumatların qorunması üçün nəzərdə tutulmuş faydalı funksiyalara sahibdir.


Whatsapp yaxın zamanda Microsoft Teams ilə Zoom-da olan maraqlı funksiyanı əldə ..

Whatsapp yaxın zamanda Microsoft Teams və Zoom kimi digər video əlaqə servislərində olan maraqlı fun..


Youtube-da Stories paylaşımları etmək imkanı ləğv ediləcək

Snapchat Stories paylaşımlarını məşhurlaşdırandan sonra müxtəlif sosial şəbəkə ilə servislər bu özəl..


TikTok öz çat-botunu test etməyə başlayıb

TikTok özünün Tako adlı çat-botunu test etməyə başlayıb.


Whatsapp-da istifadəçilər üçün ləqəblər (nickname) funksiyası istifadəyə veriləc..

Whatsapp tərtibatçıları messencerdə yeni faydalı funksiyanı istifadəyə verməyə hazırlaşırlar...


TikTok-un mənbə kodu və məsləhət xarakterli alqoritmi ABŞ-ın Oracle şirkətinə tə..

TikTok administrasiyası yaxın zamanda ABŞ-ın Oracle şirkətinə servisin mənbə kodunu və platformanın ..

×