Logo
    main-post-cover

    Whatsapp-ın iOS versiyasına videozənglər üçün picture-in-picture funksiyası əlavə edilib

    Sosial Media
    20.02.2023
        Whatsapp tərtibatçıları messencerin iOS versiyasına yeni faydalı funksiyanı əlavə ediblər. Söhbət, videozənglər üçün nəzərdə tutulmuş picture-in-picture funksiyasından gedir. Beləliklə bundan sonra Whatsapp-ın iOS versiyasının istifadəçi videozəng reallaşdıran zaman həmsöhbət olduğu şəxs ilə özü kiçik pəncərədə əks olunacaqlar və bu halda istifadəçi videozəngi dayandırmadan smartfonda digər əməliyyatlarını reallaşdıra biləcək. Qeyd etmək lazımdır ki, daha öncə videozəng pəncərəsinin bağlanması zamanı videozəngin özü pauza rejiminə keçid edirdi. Picture-in-picture funksiyası hələ iOS 14-də istifadəyə verilmişdi. Lakin Whatsapp tərtibatçıları onu messencer daxilinə yalnız indi inteqrasiya ediblər.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Whatsapp-ın iOS versiyasına videozənglər üçün picture-in-picture funksiyası əlavə edilib | Technote