
WhatsApp-ın iOS versiyasına yeni funksiya gəldi
Sosial Media
18.01.2018
Emil
Yeni funksiya hələki yalnız iOS istifadəçiləri üçün aktivdir və onlara WhatsApp-dan çıxmadan messencer daxilində YouTube videolarına baxmaq imkanını verir.
Beləliklə WhatsApp YouTube ilə
inteqrasiya üçün yeniləndi. Messencerin sonuncu versiyası artıq App Store-da
mövcuddur. Əvvəllər YouTube linklərinə klik edərkən videonu yalnız YouTube tətbiqi
vasitəsilə seyr etmək mümkün idi. Bu zaman WhatsApp isə arxa fona keçid edirdi.
Lakin inteqrasiya yeniliyindən sonra YouTube videolarına messencerdən
çıxmayaraq baxmaq mümkündür. Bundan əlavə olaraq WhatsApp Picture-in-Picture özəlliyini də
özündə birləşdirir.

Beləliklə istifadəçi videoya baxdığı zaman da ismarış yaza
biləcək. Picture-in-Picture rejimində video standart idarəetmə panelinin (video
oynatma, pausa, video bağlanışı və tam ekran rejimi) olduğu kiçik pəncərədə əks
olunur. Videonun ölçüsünü həmçinin dəyişmək və onun əks olunduğu kiçik pəncərənin ekran üzərində yerini dəyişmək olar. Hal hazırda YouTube inteqrasiya funksiyası
yalnız bəzi iOS istifadəçiləri üçün aktivdir. Lakin yaxın zamanda hamı üçün təqdim
olunacaq. Yeni funksiyanın Android üçün nə zaman təqdim olunacağı barəsində isə
hələki heç bir məlumat yoxdur.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
