
Whatsapp-ın iOS versiyasına yeni funksiyalar əlavə edilib
Sosial Media
02.12.2020
Emil
Whatsapp tərtibatçıları iPhone istifadəçiləri üçün messencerin yeni versiyasını təqdim ediblər. iOS üçün olan Whatsapp-ın yeni versiyasına bir sıra funksiyalar əlavə edilib. Bundan sonra iPhone istifadəçiləri ayrı-ayrı çatlar üçün temalar seçə, stikerlərin axtarışını apara və dark mode ilə adi rejim arasında keçid edə bilərlər. Bu barədə 4pda saytı xəbər verib.
Messencerin yenilənmiş versiyasına individual çatlar üçün temaların seçilməsi funksiyası əlavə edilib. Əvvəllər çat fonunun dəyişdirilməsi qlobal rejimdə və bütün çatlar üçün reallaşdırılırdısa, indi iOS istifadəçiləri ayrı-ayrı fərdi və qrup çatlarının fonlarına müxtəlif temaları yerləşdirə bilərlər. Həmçinin iOS istifadəçiləri messencer daxilində stikerlərin axtarışını da apara bilərlər. Whatsapp-ın yeni versiyası artıq App Store platformasında istifadəyə verilib.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
