
WhatsApp-ın iOS versiyasına yeni funksiyalar gəldi
Sosial Media
04.04.2018
Emil
Məşhur WhatsApp messencerinin iOS versiyasına bir
sıra yeni funksiyalar gəlib. Beləliklə yeni funksiyalardan birinin sayəsində ən
son yenilənmiş statusları vidjetlər ekranında görmək olacaq. Vidjetlər
iPhone-nun bildirişlər mərkəzində qoşula bilər. Beləliklə yenilənmiş statusları
görmək üçün istifadəçilərin tətbiqə daxil olmalarına ehtiyac qalmayacaq.
Messencerin iOS versiyasına həmçinin audioismarışları çat xaricində dinləmək
xüsusiyyəti də gəlib. Bundan sonra istifadəçilər rahatlıqla digər tətbiqlərdəki
işlərini görərək WhatsApp-a gəlmiş audioismarışları dinləyə bilərlər.

Audioismarışı
hətta smartfon ekranını bloka salandan sonra da qulaq asmaq mümkün olacaq. Bu
halda bloklanmış smartfon ekranında audioismarış bildirişi əks olunur. Bu isə
öz növbəsində istifadəçinin yadına salır ki, audioismarış dinlənmə rejimindədir.
Sözügedən yeniliklər hal-hazırda iOS 7 və daha yuxarı versiya əməliyyat
sistemində WhatsApp-ın 2.18.40 versiyasında aktivdir. Qeyd etmək lazımdır ki,
messencerin iOS versiyası yaxın zamanda daha bir sıra yeni funksiyalar əldə edəcək.
Onların arasında yenilənmiş qrup videozəngləri, stiker ötürülməsi və s. kimi
funksiyalar olacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
