WhatsApp-ın iOS versiyasında bir neçə hesabın istifadəsi funksiyası test edilir
Sosial Media
27.01.2025
Emil
WhatsApp yaxın zamanda iOS istifadəçilərinə bir cihazda bir neçə istifadəçi hesabından yararlanmaq imkanını verəcək. Belə ki, messencerin iOS üçün nəzərdə tutulmuş beta versiyasının son yenilənməsi istifadəçilərə bu cür imkanı təqdim edir. WhatsApp-ın Android üçün nəzərdə tutulmuş versiyasında isə bu imkan 2023-cü ildən aktivdir. Sözügedən funksiya iki nömrənin olduğu halda müxtəlif istifadəçi hesabları üçün iki ayrı-ayrı messenceri istifadə etmək əvəzinə onların sahib olduqları yazışmaları bir tətbiq çərçivəsində saxlamaq imkanını verir. Messencerin iOS üçün nəzərdə tutulmuş 25.2.10.70 nömrəli beta versiyasında istifadəçilər ikinci hesabın necə daxil edilməsini seçə bilərlər. Sözügedən yeni funksiya messencerin iOS versiyası üçün yaxın zamanda istifadəyə veriləcək yenilənmələrdən birində aktiv olacaq.
Paylaş
Bənzər xəbərlər
Sosial Media
WhatsApp üçün süni zəka əsaslı çat-botlarla ünsiyyət imkanı hazırlanır
WhatsApp-ın yeni beta versiyasında maraqlı funksiya ortaya çıxıb. Görünür, yaxın zamanda WhatsApp istifadəçiləri real insanlarla yanaşı üstəlik süni zəka əsaslı çat-botlarla da ünsiyyət qura biləcəklər.
Sosial Media
Yaxın zamanda WhatsApp statuslarına mahnılar əlavə etmək mümkün olacaq
WhatsApp statuslarla bağlı yeni funksiyanı istifadəyə verməyə hazırlaşır. Söhbət statuslara mahnıların əlavə edilməsi funksiyasından gedir.
Sosial Media
WhatsApp daxilində süni zəka əsaslı çat-botların yaradılması funksiyası hazırlanır
WhatsApp tərtibatçıları messencerdə süni zəka əsaslı fərdi çat-botların yaradılması funksiyasını hazırlayırlar.
Sosial Media
WhatsApp-ın 2.25.1.17 nömrəli beta versiyasında yeni funksiyalar ortaya çıxıb
WhatsApp-ın Android üçün nəzərdə tutulmuş 2.25.1.17 nömrəli beta versiyasında iki yeni funksiya ortaya çıxıb. Ortaya çıxmış funksiyalar messencerin imkanlarını genişləndirməlidirlər.
Sosial Media
WhatsApp yeni dəstək çatı funksiyası üzərində çalışır
WhatsApp tərtibatçıları messencer daxilində çat üzərindən istifadəçiyə dəstək xidmətini təklif edəcək yeni funksiya üzərində çalışırlar. Hazırlanan bu yeni funksiya “Chat with us” adlanır.
Ən çox oxunanlar