main-post-cover

    Whatsapp-ın iOS versiyasında foto və videoların orijinal keyfiyyətdə göndərilməsi imkanı istifadəyə verilib

    Sosial Media
    05.12.2023
    Emil Nəcəfov
         Whatsapp-ın iOS versiyası üçün yeni funksiya istifadəyə verilib. İstifadəyə verilmiş yeni funksiya foto və videoları orijinal keyfiyyətdə göndərməyə imkan verir. Bu yeni funksiya messencer daxilində media faylların sıxışdırılmış şəkildə göndərilməsinin aternatividir. Funksiyadan istifadə etmək üçün bu və ya digər çat daxilində sadəcə olaraq faylın göndərilməsi düyməsinə klikləyib sənəd bəndini seçmək lazımdır. Sənəd bəndinin seçilməsindən sonra isə istifadəçi göndərmək istədiyi foto və ya videonu seçməli olacaq.
         Daha öncə media faylın orijinal keyfiyyətdə göndərilməsi üçün istifadəçi faylı PDF DOC formatına çevirməli olurdu. Bu yeni funksiya isə yüksək keyfiyyətə sahib media fayllarının paylaşılması prosesini sadələşdirir. Onu da nəzərə almaq lazımdır ki, bu üsul ilə göndərilən faylın həcmi 2 GB-dan çox ola bilməz. Qeyd etmək lazımdır ki, buna bənzər funksiya həmçinin Whatsapp-ın Android versiyası üçün də hazırlanır. iOS versiyaya gəldikdə isə funksiya tədricən hamı üçün istifadəyə verilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Whatsapp-da çatların xüsusi şifrə ilə gizlədilməsi funksiyası istifadəyə verilib
    whatsapp-da-catlarin-xususi-sifre-ile-gizledilmesi-funksiyasi-istifadeye-verilib
    Gələn aydan Whatsapp fayllarının ehtiyat kopyaları Google Drive-da yaddaş yeri tutmağa başlayacaqlar
    gelen-aydan-whatsapp-fayllarinin-ehtiyat-kopyalari-google-drive-da-yaddas-yeri-tutmaga-baslayacaqlar
    Whatsapp-da çatları kənar şəxslərdən xüsusi kodla bloklamaq mümkün olacaq
    whatsapp-da-catlari-kenar-sexslerden-xususi-kodla-bloklamaq-mumkun-olacaq
    Whatsapp-da səsli çatlar funksiyası istifadəyə verilib
    whatsapp-da-sesli-catlar-funksiyasi-istifadeye-verilib
    Whatsapp-da yeni təhlükəsizlik funksiyaları istifadəyə verilib
    whatsapp-da-yeni-tehlukesizlik-funksiyalari-istifadeye-verilib