
Whatsapp-ın iOS versiyasında stikerlərin yaradılması funksiyası istifadəyə verilib
Sosial Media
19.04.2023
Emil
Whatsapp tərtibatçıları messencerin iOS versiyası üçün növbəti yenilənməni təqdim ediblər. Yenilənmə ilə messencerin iOS versiyası stikerlərin yaradılması funksiyasını əldə edib. Onun vasitəsilə iPhone istifadəçiləri birbaşa Whatsapp daxilində stikerlər yarada bilərlər. Sözügedən funksiya istifadədə rahatdır və o, iPhone-larda fotoların redaktə edilməsi imkanından istifadə edir.
Stikerin yaradılması üçün ilk növbədə hansısa fotonu açıb fotoda əks olunan obyektlərdən hansının stiker olması lazım olduğunu təyin edəndən sonra seçilən obyektin üzərinə klikləyib bir neçə saniyə gözləmək lazımdır. Açılmış pəncərədə copy/lookup düyməsinə klikləyəndən sonra Whatsapp-a daxil olub istənilən çatı açmaq lazımdır. Daha sonra seçilmiş obyekti mətnlərin yazılması üçün olan sahəyə yerləşdirmək lazımdır. Nəticədə yerləşdirilmiş obyekt avtomatik olaraq stiker şəklində göndəriləcək.
Paylaş
Bənzər xəbərlər