Logo
    main-post-cover

    Whatsapp-ın iOS versiyasının istifadəçiləri öz fotolarından messencer üçün stikerlər düzəldə bilərlər

    Sosial Media
    28.02.2023
        Whatsapp-ın iOS versiyasına yeni funksiya əlavə edilib. Əlavə edilmiş yeni funksiya vasitəsilə iPhone istifadəçiləri öz fotolarından stikerlər hazırlaya bilərlər. Qeyd etmək lazımdır ki, iOS-in özünə bu funksiya hələ iOS 16-da əlavə edilib. Lakin onun Whatsapp tərəfindən dəstəklənməsi indi reallaşdırılıb. iOS 16-nın istifadəyə verilməsi ilə iPhone-da olan Photos tətbiqindəki bu və ya digər fotoda obyekti əsas fondan ayıraraq onu kopyalamaq və ya digər tətbiqlərə göndərmək imkanı reallaşdırılıb. İlk öncə bu funksiyanın Whatsapp üçün dəstəyi messencerin beta versiyasında reallaşdırılmışdı. İndi isə o, messencerin iOS üçün nəzərdə tutulmuş stabil versiyasında hamıda aktivləşdirilib.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Whatsapp-ın iOS versiyasının istifadəçiləri öz fotolarından messencer üçün stikerlər düzəldə bilərlər | Technote