Logo
    main-post-cover

    WhatsApp-ın iPad versiyası rəsmi şəkildə istifadəyə verilib

    Sosial Media
    27.05.2025
    Emil
         Meta iPad üçün xüsusi WhatsApp tətbiqinin istifadəyə verildiyini elan edib. Bu hadisə mesajlaşma xidmətinin istifadəyə verilməsindən və ilk iPad planşetinin təqdimatından (müvafiq olaraq 2009 və 2010-cu illər) 15 ildən artıq müddət sonra baş verib. Artıq WhatsApp tətbiqini iPad üçün App Store vasitəsilə yükləmək mümkündür. Bu versiya iPhone üçün əlçatan olan WhatsApp funksiyaların əksəriyyətini dəstəkləyir. iPad üçün xüsusi WhatsApp tətbiqi istifadəyə verilməmişdən əvvəl, böyük ekranda bu xidmətdən istifadə etmək istəyənlər ya brauzerdə veb versiyanı açmalı, ya da Mac və ya PC üçün masaüstü tətbiqlərdən istifadə etməli olurdular.
         Hələ 2022-ci ildə WhatsApp-ın rəhbəri Will Cathcart Apple planşeti sahiblərinə “ümidlərini itirməməyi” tövsiyə etmiş və Meta-nın iPadOS üçün ayrıca WhatsApp interfeysi yaratmaqdan məmnuniyyət duyacağını bildirmişdi, çünki istifadəçilər uzun müddətdir iPad üçün tətbiq istəyirdilər. iPad üçün WhatsApp tətbiqi iPadOS-un Stage Manager, Split View Slide Over kimi çoxpəncərəli və ekranın bölünməsi funksiyalarını dəstəkləyir. Bu isə tətbiqin eyni anda digər tətbiqlərlə birlikdə çalışmasına imkan verir.
         İstifadəçilər indi mesajlarına bölünmüş ekran rejimində baxa bilirlər - məsələn, veb səhifələrə və ya videolara baxarkən. Bu da daim tətbiqlər arasında keçid etməyə ehtiyac olmadan daha rahat istifadə imkanı yaradır. iPad üçün WhatsApp tətbiqində 32 nəfərə qədər iştirakçının qoşula bildiyi audio və videozənglər etmək, cihazın həm ön, həm də arxa kamerasından istifadə etmək mümkündür. Həmçinin videozəng zamanı öz ekranınızı digər iştirakçılarla paylaşmaq funksiyası da mövcuddur. Şayiələrə görə, Meta iPad üçün daha böyük ekranlara uyğunlaşdırılmış Instagram tətbiqi üzərində də çalışmağa başlayıb, lakin şirkət bu məlumatı hələ rəsmi şəkildə təsdiqləməyib.
    Paylaş