Logo
    main-post-cover

    Whatsapp-ın köhnə iOS versiyasındakı dəstəyi dayandırılıb

    Sosial Media
    19.03.2021
    Emil
        Bu həftə Whatsapp yenilənmə əldə edib və yenilənmədə olan dəyişikliklər ilk növbədə köhnə iPhone istifadəçilərini əhatə edir. Belə ki, App Store-da təqdim olunan Whatsapp 2.21.50 versiyasının çalışması üçün artıq iOS 10 və ondan sonrakı versiyalar tələb olunur. Bu isə o deməkdir ki, Whatsapp-ın iOS 9 dəstəyi dayandırılıb.
        Bundan əvvəl sonuncu dəfə messencer bu cür dəyişikliyi keçən ilin fevral ayında reallaşdırmışdı. Həmin vaxtda iOS 8-in messencer tərəfindən dəstəklənməsi dayandırılmışdı. Hal hazırki qərar isə iPhone 4S istifadəçilərini əhatə edir. Whatsapp-ın dəstək xidmətindəki məlumata əsasən Whatsapp-ın Android iOS-də çalışması üçün aşağıdakı tələblər lazımdır:
    - Android 4.0.3 və ondan sonrakı versiyalar
    - iOS 10 və ondan sonrakı versiyalar.
    Paylaş
    Bənzər xəbərlər