main-post-cover

    Whatsapp-ın kompüter ilə veb versiyasında audio və videozəng funksiyalarının testinə start verilib

    Sosial Media
    17.12.2020
    Farid Pardashunas
        Whatsapp-ın Android iOS versiyasında artıq çoxdandır ki, audio və videozəng funksiyaları mövcuddur. Lakin messencerin kompüter və veb versiyasında bu funksiyalar hələ də aktiv deyillər. Yaxın zamanda bu vəziyyət dəyişə bilər. Belə ki, Wabetainfo saytının verdiyi məlumata əsasən messencerin tərtibatçıları audio və videozəng funksiyalarını Whatsapp-ın kompüter və veb versiyasında test etməyə başlayıblar. Sözügedən funksiyalar hələki çox az adam üçün aktiv edilib. Fotolardan da gömək olar ki, messencerin kompüter və veb versiyasına iki yeni zəng düyməsi əlavə ediləcək. Yeni funksiyaların bu Whatsapp versiyalarında hamı üçün nə zaman aktiv ediləcəyi bilinmir. Çox güman ki, bu, yaxın həftələrdə baş verəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər