
Whatsapp-ın kompüter ilə veb versiyasında audio və videozəng funksiyalarının testinə start verilib
Sosial Media
17.12.2020
Emil
Whatsapp-ın Android və iOS versiyasında artıq çoxdandır ki, audio və videozəng funksiyaları mövcuddur. Lakin messencerin kompüter və veb versiyasında bu funksiyalar hələ də aktiv deyillər. Yaxın zamanda bu vəziyyət dəyişə bilər. Belə ki, Wabetainfo saytının verdiyi məlumata əsasən messencerin tərtibatçıları audio və videozəng funksiyalarını Whatsapp-ın kompüter və veb versiyasında test etməyə başlayıblar. Sözügedən funksiyalar hələki çox az adam üçün aktiv edilib. Fotolardan da gömək olar ki, messencerin kompüter və veb versiyasına iki yeni zəng düyməsi əlavə ediləcək. Yeni funksiyaların bu Whatsapp versiyalarında hamı üçün nə zaman aktiv ediləcəyi bilinmir. Çox güman ki, bu, yaxın həftələrdə baş verəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
