
Whatsapp-ın planşetlər üçün nəzərdə tutulmuş beta versiyası istifadəyə verilib
Sosial Media
30.11.2022
Emil
Whatsapp tərtibatçıları mütəmadi şəkildə messencerə yeni funksiyalar əlavə edirlər. İndi isə məlum olub ki, Whatsapp-ın beta test istifadəçiləri messencerin planşetlər üçün nəzərdə tutulmuş xüsusi versiyasını test etmək imkanını əldə ediblər. Messencer təmsilçiləri təsdiqləyiblər ki, onlar həqiqətən də Whatsapp-ın planşetlər üçün nəzərdə tutulmuş versiyası üzərində çalışırlar. Messencer daxilində həmçinin Whatsapp-ın planşetlər üçün nəzərdə tutulmuş versiyası barəsində məlumatlandırıcı banner də yerləşdirilib. Məlumatda qeyd edilib ki, məlumatlandırıcı banneri hal hazırda bəzi beta testçilər görə bilirlər. Gözləntilərə əsasən messencerin planşetlər üçün nəzərdə tutulmuş stabil versiyası yaxın zamanda təqdim olunacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
