
WhatsApp-ın pul köçürmələri funksiyasından yeni məlumatlar
Sosial Media
08.02.2018
Emil
Hələ 1 il bundan öncə məlum olmuşdu ki, WhatsApp messencerinə pul köçürmələri funksiyası əlavə olunacaq.
İnternetdə isə bu funksiyanı əldə
etmiş ilk şəxslərdən birinin etdiyi screenshot yayılıb. Qeyd etmək lazımdır ki,
messencer bu yeni funksiyanı artıq Hindistanda test edir. Təqdim olunmuş
screenshot-a nəzər yetirdikdə sağ tərəfdə bu yeni funksiyanı dəstəkləyən
bankların siyahısını görmək olar. Bu funksiyaya qoşulmaq üçün isə SMS vasitəsilə
istifadəçiyə gələn kod sayəsində telefon nömrəsini təsdiq etmək lazımdır.

Daha
sonra isə istifadəçi öz hesabının olduğu bankı siyahıdan seçməlidir. Pul köçürmələri
funksiyası Unified Payments Interface (UPI) interfeysi üzərində qurulub. Beləliklə
istifadəçilər bir birlərinə komissiyasız və pulsuz şəkildə pul göndərə biləcəklər.
İlkin mərhələdə messencer yalnız istifadəçilər arasındakı pul köçürmələrini dəstəkləyəcək.
Gələcəkdə isə bu funksiyaya müxtəlif xidmətlərin ödənişi daxil edilə bilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
