
WhatsApp-ın qrup zənglərinə yeni funksiya gəlir
Sosial Media
06.02.2018
Emil
WhatsApp messencerinin yeni beta versiyası çıxdı və ona qrup zəngləri ilə bağlı yeni funksiya əlavə olundu.
Belə ki, bundan sonra istifadəçi
qrup zənginə əlavə 3 nəfəri də daxil edə biləcək. Beləliklə bundan sonra qrup zənglərində
5 nəfər iştirak edə biləcək. Qrup zənginə əlavə şəxslərin daxil edilməsi üçün nəzərdə
tutulmuş yeni düymə ekranın yuxarı sağ hissəsinə əlavə olunacaq. Həmin düyməyə
klik edərək siz kontaklarınızda olan istənilən 3 əlavə şəxsi qrup zənginə daxil
edə bilərsiniz. Bu yeni funksiyanın yalnız audiozənglər və ya həmçinin videozənglər
üçün də aid olunduğu hələki bilinmir. Hər halda yeni funksiya yaxın zamanda
bütün istifadəçilər üçün aktiv olacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
