WhatsApp-ın səsli ismarıc funksiyasına çoxdan gözlənilən yenilik gəlir

WhatsApp-ın səsli ismarıc funksiyasına çoxdan gözlənilən yenilik gəlir

Sosial Media
16.11.2017 PAYLAŞIM

WhatsApp-da “push-to-talk” səsli ismarıclar funksiyası hələ 2013-cü ildə yaranmış və həmin vaxtdan həmin funksiyada elə də böyük bir dəyişiklik olmamışdı.

İndi isə görünür ki, həmin funksiya üçün ciddi yeniliklər gəlir. Belə ki, messencerin yenilənmiş versiyasında öz səsli ismarıcınızı yazmağa başladığınız zaman WhatsApp avtomatik olaraq mikrofon düyməsi yerində xüsusi interfeysi əks etdirəcək. Təqribi yarım saniyədən sonra isə istifadəçi fasiləsiz səsyazma prosesinə keçid edə biləcək. Beləliklə istifadəçi mikrofon düyməsini tutmadan öz səsini yaza biləcək. WABetaInfo saytı həmin interfeysin fotolarını təqdim edib.



Bununla yanaşı səsyazma prosesi zamanı istifadəçi öz köhnə ismarıclarına da baxa biləcək. Məsələn bu üsulla o biləcək ki, daha əvvəllər ikinci şəxs ilə hansı mövzularda söhbət aparıb. Bununla yanaşı yeni funksiyanın bir neçə məhdudiyyəti də olacaq. Belə ki, istifadəçi səsyazma prosesi zamanı foto və videoya baxa bilməyəcək. Bundan əlavə olaraq səsyazma zamanı mətn ismarıcı yazmaq və digər çatlara yönlənmək də mümkün olmayacaq. Bunu edən zaman səsli ismarıc avtomatik olaraq pozulacaq. Hal hazırda bu funksiya messencer tərtibatçıları arasında test edilir və yaxın zaman ərzində adi istifadəçilər üçün aktiv olmalıdır. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Whatsapp artıq düyməli sadə mobil telefonlara zəng funksiyasını dəstəkləyir..

Whatsapp tərtibatçıları insanlar arasındakı ünsiyyət imkanını daha da genişləndirmək qərarını veribl..


Twitter-də ödənişli abunəlik sistemi istifadəyə verilib

Twitter öz platformasına ödənişli abunəlik sistemini əlavə edəcəyini dəfələrlə bildirib...


Whatsapp-da yaxın aylarda istifadəyə veriləcək funksiyalar məlum olub

Yaxın gələcəkdə Whatsapp-ın bir neçə cihazda çalışması imkanı reallaşdırılacaq. Bu üsul ilə bir isti..


Whatsapp-ın yeni konfidensiallıq qaydalarını qəbul etməmiş istifadəçilər məhdudl..

15 may tarixində Whtsapp-da yeni konfidensiallıq qaydaları istifadəyə verilmişdi.


Instagram-da ödənişli abunəlik sistemi istifadəyə verilə bilər

Instagram servisi abunəçilər ilə kontent yaradıcıları arasındakı maliyyə münasibətinin yüngülləşdiri..


Whatsapp telefon nömrəsinin dəyişdirilməsi halında çatların köçürülməsi funksiya..

Whatsapp telefon nömrəsinin dəyişdirilməsi halında foto, video və digər fayllar ilə birlikdə çatları..

×