main-post-cover

    Whatsapp-ın səsli mesajlar özəlliyinə yeni funksiya əlavə ediləcək

    Sosial Media
    23.04.2021
    Farid Pardashunas
        Whatsapp tərtibatçıları səsli mesajlardan daha çox istifadə edənlər üçün messencerdə yeni funksiyanı işə salacaq. Söhbət, səsli mesajların sürətləndirilməsi funksiyasından gedir. Bu cür yeniliyi WABetaInfo saytının mütəxəssisləri Android üçün olan Whatsapp 2.21.9.4 versiyasında aşkar ediblər. Belə ki, səsli mesajın dinlənilməsi zamanı 1x, 1.5x2x-in əks olunduğu sürətlənmə düyməsi ortaya çıxır. Whatsapp tərtibatçıları bir neçə aydır ki, sözgüedən funksiya üzərində çalışırlar və o hələ indi messencerin beta versiyasına əlavə edilib. Qeyd etmək lazımdır ki, səsli mesajların sürətləndirilməsi funksiyası Whatsapp 2.21.9.4 versiyasına server səviyyəsində əlavə edilir. Buna görə də o hələ bütün beta test iştirakçıları üçün aktiv deyil. Funksiyanın stabil Whatsapp versiyasında nə zaman istifadəyə veriləcəyi isə bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər