Whatsapp-ın səsli mesajlar özəlliyinə yeni funksiya əlavə ediləcək

Whatsapp-ın səsli mesajlar özəlliyinə yeni funksiya əlavə ediləcək

Sosial Media
23.04.2021 PAYLAŞIM

    Whatsapp tərtibatçıları səsli mesajlardan daha çox istifadə edənlər üçün messencerdə yeni funksiyanı işə salacaq. Söhbət, səsli mesajların sürətləndirilməsi funksiyasından gedir. Bu cür yeniliyi WABetaInfo saytının mütəxəssisləri Android üçün olan Whatsapp 2.21.9.4 versiyasında aşkar ediblər. Belə ki, səsli mesajın dinlənilməsi zamanı 1x, 1.5x2x-in əks olunduğu sürətlənmə düyməsi ortaya çıxır. Whatsapp tərtibatçıları bir neçə aydır ki, sözgüedən funksiya üzərində çalışırlar və o hələ indi messencerin beta versiyasına əlavə edilib. Qeyd etmək lazımdır ki, səsli mesajların sürətləndirilməsi funksiyası Whatsapp 2.21.9.4 versiyasına server səviyyəsində əlavə edilir. Buna görə də o hələ bütün beta test iştirakçıları üçün aktiv deyil. Funksiyanın stabil Whatsapp versiyasında nə zaman istifadəyə veriləcəyi isə bilinmir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


TikTok-un aylıq aktiv istifadəçi kütləsi 1 milyardı keçib

Məşhur TikTok servisi vacib nailiyyətin əldə olunduğunu elan edib. Belə ki, TikTok-un verdiyi məluma..


Youtube videolarını brauzer üzərindən kompüterə yükləmək mümkün olacaq..

Youtube brauzer üzərindən kompüterə videoların yüklənməsi funksiyası üzərində çalışır...


Whatsapp-da konkret mesajları şikayət etmək funksiyası istifadəyə verilib

Whatsapp ayrı-ayrı şəxslərin digərləri üçün diskomfort yaratmamaları yolunda digər messencer və sosi..


Telegram-da növbəti yeni funksiyalar istifadəyə verilib

Telegram tərtibatçıları messencer üçün növbəti böyük yenilənməni təqdim ediblər.


Whatsapp-dakı səsli mesajları mətn formatına çevirməyə imkan verəcək yeni funksi..

Whatsapp tərtibatçıları messencerdə reallaşdırılacaq maraqlı və faydalı yeni funksiya üzərində çalış..

×