Whatsapp-ın Windows üçün stabil versiyası istifadəyə verilib
Sosial Media
17.08.2022
Farid Pardashunas
Meta şirkəti Whatsapp-ın Windows üçün nəzərdə tutulmuş tətbiqinin beta testini yekunlaşdırıb və onu bütün istifadəçilər üçün istifadəyə verib. Beləliklə istənilən Windows istifadəçisi Whatsapp-ın sözügedən əməliyyat sistemi üçün olan tətbiqini Microsoft Store mağazasından yükləyə bilər. Windows üçün istifadəyə verilmiş stabil Whatsapp tətbiqinin əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, o, istifadəçinin smartfonu ilə daimi sinxronlaşdırmanı tələb etmir.
Daha öncə istifadəçilər kompüterdə Whatsapp-ın yalnız veb versiyasından istifadə edirdilər və bunun üçün hər dəfə messencerin smartfondakı versiyası ilə sinxronlaşdırmanı reallaşdırmaq lazım gəlirdi. İndi isə istifadəçilər kompüterdə rahatlıqla Whatsapp-dan istifadə edə bilərlər. Messencerin Windows versiyasının dizaynı ənənəvi Whatsapp dizaynını özündə birləşdirir. Son məlumatlara əsasən Meta şirkəti hal hazırda Whatsapp-ın həmçinin macOS üçün nəzərdə tutulmuş tətbiqi üzərində də çalışır. Messencerin macOS versiyasının nə zaman istifadəyə veriləcəyi isə bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)