Logo
    main-post-cover

    Whatsapp-ın Windows versiyasında səsli mesajlara çatlardan kənarda qulaq asmaq funksiyası istifadəyə verilib

    Sosial Media
    02.05.2023
    Emil
        Whatsapp-ın Windows üçün nəzərdə tutulmuş 2.2316.2.0 nömrəli yeni beta versiyası istifadəyə verilib. Beta versiyada isə yeni faydalı özəllik aşkar edilib. Belə ki, messencerin Windows versiyasında artıq səsli mesajlara çatdan çıxdıqdan sonra da qulaq asmaq mümkündür. Qeyd etmək lazımdır ki, sözügedən özəllik artıq uzun zamandır ki, Whatsapp-ın mobil versiyalarında mövcuddur. Bu özəllik səsli mesajlara bir çatdan çıxıb digərinə daxil olan zaman da qulaq asmağa imkan verir. Beləliklə istifadəçi bir çatdakı səsli mesaja qulaq asa-asa digər çata daxil olub ünsiyyət yarada bilər. Bu yeni funksiya messencerin Windows üçün nəzərdə tutulmuş stabil versiyasında artıq bəzi istifadəçilərə təqdim edilmiış ola bilər.
    Paylaş
    Bənzər xəbərlər