Whatsapp'ın yaradıcılarından biri və CEO'su Jan Koum Facebook'u tərk edir: Səbəb nədir?

Whatsapp'ın yaradıcılarından biri və CEO'su Jan Koum Facebook'u tərk edir: Səbəb nədir?

02.05.2018 PAYLAŞIM

Məşhur WhatsApp messencerinin həmtəsisçisi və CEO-su Jan Koum, Facebook-dan ayrılacağını elan edib. O, daha da irəli getməli və bir qədər istirahət etməli olduğunu bildirib. Bu barədə Washington Post saytı xəbər verib.

“Bizim Brian ilə WhatsApp-ı yaratmağımızdan artıq demək olar ki, 10 il keçib. Bu, ən yaxşı insanlarla birgə inanılmaz macəra idi. Lakin mən artıq daha da irəli getməliyəm. Mənim bu cür inanılmaz kiçik komanda ilə çalışmağımda və bizim məqsədyönlülüyümüzün bütün dünya üzrə bu qədər insanın istifadə etdiyi messencerin yaratmasını izləməkdə bəxtim gətirdi. Mən o vaxtda gedirəm ki, WhatsApp mənim fərz etdiyimdən də böyük bir şeyə çevrilib. İnanılmaz dərəcədə güclü komanda təəccüb doğuracaq şeylər etməyə davam edəcək. İT sahədən kənarda mənim xoşuma gələn şeylərlə məşğul olmaq üçün mənə bir qədər vaxt lazım olacaq. Məsələn mən nadir Porsche modellərini yığacam, öz avtomobillərimlə məşğul olacam və s. Və mən yenə də WhatsApp-a heyran olacam. Lakin bu dəfə kənardan. Bu macəranı mümkün edən hər kəsə təşəkkürlər” – deyə Jan Koum bildirib

Bənzər xəbər



Facebook şirkəti 2014-cü ildə Brian Acton və Jan Koum-dan WhatsApp-ı alandan sonra bu iki şəxs Facebook-a keçdilər. Brian Acton 2017-ci ildə Facebook-dan ayrıldı. Həmin vaxtdan o, Signal messencerinin yaradılmasına 50 milyon dollar investisiya yatırdı. 2018-ci ildə isə #DeleteFacebook kampaniyasına qoşularaq istifadəçi məlumatlarının sızdırılması səbəbilə hamını Facebook tətbiqini smartfonlardan silməyə çağırdı. Washington Post-un məlumatına əsasən Jan Koum Facebook-u və direktorlar şurasındakı yerini sosial şəbəkənin menecerləri ilə fikir ayrılığı səbəbilə tərk edir.

Belə ki, şirkət menecerləri messencerin şifrələmə sisteminin bir qədər zəiflədilməsini tələb edirdilər. Beləliklə onlar reklam targetinqinin daha dəqiq olması üçün tətbiq istifadəçilərinin məlumatlarının emalı ilə məşğul ola bilərdilər. Facebook-da istəyirdilər ki, WhatsApp tez bir zamanda gəlirli olsun. Koum isə istifadəçilərin özəl məlumatlarının qorunmasında qəti fikir yürütmüşdü və end-to-end şifrələnmənin tərəfdarı idi. Tez-tez baş verən mübahisələr səbəbilə Koum Facebook kampusunda az hallarda olurdu. Messencerin komandasından olan digər əməkdaşlar da Koum-un ardınca şirkətdən ayrılmaq istəyirlər. Lakin onlar bunu ilin sonunda edəcəklər. Belə ki, məhz həmin vaxtda onlar Facebook səhmlərinə opsionlar əldə edəcəklər.

Facebook-un CEO-su Mark Zuckerberg isə Jan Koum-a gördüyü işə görə təşəkkürlərini bildirib. “Sənin mənə öyrətdiyin hər şey üçün, əsasən də şifrələmə və idarəetmənin mərkəzləşdirilmiş sistemlərə deyil insan əllərinə ötürülməsi üsulları sahəsindəki biliklərə görə minnətdaram. Bu dəyərlər həmişə WhatsApp-da qalacaq” – deyə Mark Zuckerberg bildirib. Jan Koum 1992-ci ildə Kiyevdə anadan olub. 16 yaşında o, anası ilə birgə Kaliforniyaya köçüb. Yahoo şirkətində işlədiyi bir vaxtda Brian Acton ilə tanış olub və 2009-cu ildə onunla birgə WhatsApp messencerinin yaradılmasına start verib. Hal-hazırda Koum Bloomberg-in milyarderlər siyahısında 135-ci yeri tutur. Onun sərvəti 10.5 milyard dollar dəyərində qiymətləndirilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qlobal taxi tətbiqlərinin Instagram səhifəsində yerli taxi xidməti?

Bugün səhər saatlarında sosial mediada yayımlanan ekran görüntüləri görənləri təəccübləndirib...


İmzanı Azercell ilə tanıt!

Azercell ölkəmizin istedadlarına dəstək verir.


YouTube uşaqlar üçün olan bütün kontenti ayrıca tətbiqə keçirdə bilər..

Uşaqlar üçün nəzərdə tutulmuş videolar YouTube servisində ən məşhur video kateqoriyalarından biridi..


Azercell-in dəstəklədiyi 'İdeyadan Biznesə' layihəsi çərçivəsində startap turla..

“I2B - İdeyadan Biznesə” layihəsi startaplara dəstək olmaq, eləcə də innovativ ideyaların həyata keç..


Azercell növbəti dəfə olimpiadaçı şagirdlərə dəstək oldu

Ötən il təhsil sahəsində beynəlxalq olimpiadalarda yüksək göstəricilərə imza atan məktəblilərimiz bu..


Bakı və bölgələrdə maarifləndirmə tədbirləri davam edir

Azercell-in dəstəyi ilə “Uşaq Qaynar Xətt” xidməti çətinliyi olan uşaqların yanındadır..

×