main-post-cover

    Whatsapp-ın yeni funksiyası istifadəçi çatlarının ehtiyat kopyalarını qoruyacaq

    Sosial Media
    15.10.2021
    Farid Pardashunas
        Whatsapp tərtibatçıları messencer üçün nəzərdə tutulmuş yeni konfidensiallıq funksiyasını elan ediblər. Belə ki, bundan sonra end-to-end şifrələnmə özəlliyi təkcə göndərilən və qəbul edilən mesajlar üçün deyil, çatların bulud sistemdə saxlanılan ehtiyat kopyaları üçün də aktiv olacaq. Whatsapp-ın yeni versiyasında Facebook tərəfindən yaradılmış şifrələnmə açarları sistemi istifadəyə verilib. Bu sistem məlumatların Google Drive-da və ya iCloud-da saxlanan ehtiyat kopyalarının təhlükəsizliyi üçün nəzərdə tutulub.
        İstifadəçilər bu yeni funksiyanı aktivləşdirərək öz çatlarının ehtiyat kopyalarını təsadüfi şəkildə generasiya olunan unikal şifrələnmə açarı ilə qoruyurlar. Whatsapp istifadəçiləri öz çatlarının ehtiyat kopyalarını 2 üsul ilə əldə edə bilərlər. İstifadəçi ya 64 simvollu şifrələnmə açarını ya da istifadəçi şifrəsini daxil etməlidir. Tərtibatçıların sözlərinə əsasən uyğun şifrələnmə açarının təyin edilməsi cəhdi zamanı həmin şifrələnmə açarı minimal sayda uğursuz cəhddən sonra deaktiv olur. Bundan əlavə olaraq şifrələnmə açarı həmçinin tərtibatçılar üçün də naməlum olaraq qalır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər