Whatsapp-ın yeni funksiyası videoların sürətlə göndərilməsini mümkün edəcək

Whatsapp-ın yeni funksiyası videoların sürətlə göndərilməsini mümkün edəcək

Sosial Media
02.07.2021 PAYLAŞIM

    WABetainfo saytının mütəxəssislərinin verdikləri məlumata əsasən Whatsapp tərtibatçıları messencerdə istifadəyə veriləcək yeni funksiyanı artıq test etməyə başlayıblar. Messencer vasitəsilə video göndərmək istədikdə sözügedən funksiya zamana və mobil trafikə qənaət etmək imkanını verəcək. Belə ki, yeni funksiya multimedia fayllarının sıxışdırılma səviyyələrini təqdim edəcək. Beləliklə Whatsapp-da göndərilməsi lazım olan videonun yaxın gələcəkdə öncədən keyfiyyətini təyin etmək mümkün olacaq.


    Messencerin beta versiyasındakı əlavə ayarlar menyusunda artıq 3 variant mövcuddur: Auto, Best Quality Data Saver. Auto variantını seçən zaman messencer şəbəkəyə qoşulma növündən asılı olaraq videonun keyfiyyəti ilə mobil trafik arasındakı balansı avtomatik şəkildə təyin edir. Best Quality variantını seçən zaman messencer videonu orijinal keyfiyyətdə göndərəcək. Data Saver rejimi isə videonun göndərilmə vaxtını qısaltmaq üçün onu öncədən sıxacaq. Hal hazırda bu yeni funksiya beta test mərhələsindədir və çox güman ki, Whatsapp-ın növbəti stabil versiyasında istifadəyə veriləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Clubhouse-da dəvətnamə sistemi ləğv edilib

Bir neçə ay bundan öncə sürətlə məşhurlaşmış Clubhouse sosial şəbəkəsində dəvətnamə sistemi ləğv edi..


Oğurlanmış Instagram hesablarının bərpası üçün yeni təhlükəsizlik funksiyası ist..

Instagram-a yeni təhlükəsizlik funksiyası inteqrasiya olunmağa hazırlaşır.


Whatsapp üçün gözlənilən vacib funksiya məhdud şəkildə çalışacaq

Yaxın zamanda Whatsapp istifadəçiləri smartfonla aktiv sinxronlaşdırma olmadan da messenceri həm kom..


Whatsapp artıq düyməli sadə mobil telefonlara zəng funksiyasını dəstəkləyir..

Whatsapp tərtibatçıları insanlar arasındakı ünsiyyət imkanını daha da genişləndirmək qərarını veribl..


Twitter-də ödənişli abunəlik sistemi istifadəyə verilib

Twitter öz platformasına ödənişli abunəlik sistemini əlavə edəcəyini dəfələrlə bildirib...

×