Whatsapp-ın yeni konfidensiallıq qaydalarını qəbul etməmiş istifadəçilər məhdudlaşdırılmayacaqlar

Whatsapp-ın yeni konfidensiallıq qaydalarını qəbul etməmiş istifadəçilər məhdudlaşdırılmayacaqlar

Sosial Media
31.05.2021 PAYLAŞIM

    15 may tarixində Whtsapp-da yeni konfidensiallıq qaydaları istifadəyə verilmişdi. Messencer həmin qanunları qəbul etməmiş istifadəçiləri Whatsapp-dan istifadə məsələsində məhdudlaşdıracağını bildirmişdi. İndi isə məlum olub ki, messencer məhdudlaşdırma prosesindən imtina edib. Bu barədə The Verge saytı xəbər verib. Whatsapp təmsilçiləri sözügedən yeni konfidensiallıq qaydalarını anons edən zaman qeyd etmişdilər ki, onlar həmin qaydaları qəbul etməmiş istifadəçiləri bloklayacaqlar. Daha sonra isə onlar öz fikirlərini dəyişdilər və qeyd etdilər ki, bu cür istifadəçi hesabları sadəcə olaraq məhdudlaşdırılacaqlar. Lakin indi məlum olub ki, Whatsapp təmsilçiləri bundan da imtina ediblər və bildiriblər ki, heç bir məhdudlaşdırıcı proses olmayacaq.

    “Bir neçə müddət bundan öncə müxtəlif dövlət orqanları və konfidensiallıq üzrə mütəxəssislər ilə olmuş müzakirələri nəzərə almaqla qeyd etmək istəyirik ki, yeni konfidensiallıq qaydalarını hələ qəbul etməmiş istifadəçilər üçün messencerin heç bir funksiyası məhdudlaşdırılmayacaq” - deyə Whatsapp təmsilçiləri qeyd ediblər. Məlumatda qeyd edilib ki, bu proses bilinməyən vaxta kimi təxirə salınıb. Buna baxmayaraq onlar yeni konfidensiallıq qaydalarının qəbul olunması təklifini özündə əks etdirən bildirişi Whatsapp istifadəçilərinə göndərməyə davam edəcəklər.


    Lakin qeyd etmək lazımdır ki, istifadəçilərin əksəriyyəti bu yeni qaydaları artıq qəbul edib. Yeni konfidensiallıq qaydalarına əsasən Whatsapp istifadəçilərinin bəzi məlumatları Facebook-a ötürüləcək. Həmin qaydaların ilin əvvəlində anons olunması öz növbəsində istifadəçilər arasında qorxu yaratmışdı. Belə ki, onlar narahat idilər ki, konfidensial məlumatlarının böyük bir hissəsi Facebook-a ötürüləcək. Lakin Whatsapp bildirib ki, bu belə deyil. Yeni konfidensiallıq qaydaları istifadəçilərin özəl mesajlarını əhatə etmir. Yeni qaydalar sadəcə olaraq Whatsapp üzərindən müxtəlif müəssisələrə göndərilmiş mesajları əhatə edirlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Clubhouse-da dəvətnamə sistemi ləğv edilib

Bir neçə ay bundan öncə sürətlə məşhurlaşmış Clubhouse sosial şəbəkəsində dəvətnamə sistemi ləğv edi..


Oğurlanmış Instagram hesablarının bərpası üçün yeni təhlükəsizlik funksiyası ist..

Instagram-a yeni təhlükəsizlik funksiyası inteqrasiya olunmağa hazırlaşır.


Whatsapp-ın yeni funksiyası videoların sürətlə göndərilməsini mümkün edəcək..

WABetainfo saytının mütəxəssislərinin verdikləri məlumata əsasən Whatsapp tərtibatçıları messencerdə..


Whatsapp üçün gözlənilən vacib funksiya məhdud şəkildə çalışacaq

Yaxın zamanda Whatsapp istifadəçiləri smartfonla aktiv sinxronlaşdırma olmadan da messenceri həm kom..


Whatsapp artıq düyməli sadə mobil telefonlara zəng funksiyasını dəstəkləyir..

Whatsapp tərtibatçıları insanlar arasındakı ünsiyyət imkanını daha da genişləndirmək qərarını veribl..

×