main-post-cover

    Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Sosial Media
    28.06.2023
    Emil Nəcəfov
        Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin Android üçün nəzərdə tutulmuş beta versiyasında mesajların çatların yuxarı hissəsinə bərkidilməsi üçün zamanın təyini funksiyası istifadəyə verilib. Təyin edilmiş zamanın bitməsindən sonra bərkidilmiş mesaj adi qaydada çat daxilində əks olunacaq. Bu yeni funksiya Whatsapp-ın Android üçün 2.23.13.11 nömrəli beta versiyasında istifadəyə verilib.
        Bu funksiya vasitəsilə istifadəçi çat daxilində bu və ya digər mesajın hansı müddətə çatın yuxarı hissəsində bərkidilmiş şəkildə qalacağını təyin edə bilər. Bu funksiya həm özəl həm də qrup çatlarında istifadə edilə bilər. Hal hazırda messencerin beta versiyasından istifadə edənlər mesajların 24 saat, 7 gün və ya 30 gün müddətinə çat daxilində bərkidilməsini seçə bilərlər. Çox güman ki, çat daxilində mesajların yuxarı hissədə bərkidilməsi ilk növbədə müəyyən müddət ərzində aktuallığını qoruyub saxlayan hansısa məlumatın yayılması üçün faydalı olacaq. Sözügedən funksiyanın bütün istifadəçilər üçün nə zaman istifadəyə veriləcəyi hələ bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər