main-post-cover

    Whatsapp istifadəçilərinin məlumatları açıq mənbə kimi Google-da ortaya çıxıblar

    Sosial Media
    22.02.2020
    Emil Nəcəfov
        Bu ayın ortasında Whatsapp messencerinin ümumi istifadəçi kütləsi 2 milyardı keçdi. Bu qədər sayda istifadəçi kütləsinin olması öz növbəsində çoxlu sayda Whatsapp qruplarının yaranmasına səbəb olub. Lakin Almaniyanın DWNews saytının jurnalistlərindən biri aşkar edib ki, bu cür qrupların isitfadəsi və Google şirkətinin qəribə siyasəti messencer istifadəçilərinin konfidensiallıqlarına zərər vura bilər. Bu barədə XDA-Developers saytı xəbər verib.
        Tədqiqat çərçivəsində əldə edilmiş məlumatlara əsasən əsas problem ondan ibarətdir ki, bir neçə müddət bundan öncə Google, axtarış sorğularında ortaya çıxan Whatsapp qruplarını indeksləməyə başlayıb. Site: chat.whatsapp.com məhdudlaşdırıcı axtarışdan istifadə edərək Whatsapp qrupları barəsində 470.000 səhifədən çox məlumat əldə etmək olar.
        Məlumat yığımı və reklam agentliklərinə müəyyən auditoriyaların tərtib olunması ilə məşğul olan şirkətlər üçün bu böyük məlumatlar toplusudur. İstənilən açıq Whatsapp qrupuna daxil olmaqla təkcə həmin qrupdakı iştirakçıların siyahısını deyil həmçinin onların mobil nömrələrini də öyrənmək olar. Mütəxəssislər qeyd ediblər ki, sözügedən vəziyyətdə əsas günah Google-da yox məhz Whatsapp tərtibatçılarındadır.
        Belə ki, həmin tərtibatçılar Google tərəfindən indekslənməyə qadağa qoymayıblar. Buna görə də istənilən açıq Whatsapp qrupunun istənilən iştirakçısının mobil nömrəsi tam açıq şəkildə sızdırıla bilər. Ona görə ki, Whatsapp, qrup linklərinin axtarış sistemləri tərəfindən indekslənmələrini düzgün hesab etdiyi üçün onları açıq şəkildə təqdim edir.
    Linki kopyala