
Whatsapp messenceri istifadəçi sayına görə yeni rekorda imza atdı
Sosial Media
13.02.2020
Emil
İstifadəçilərin konfidensial məlumatları məsələlərində yaşanmış qalmaqallara baxmayaraq Whatsapp messencerinə mobil cihazlar bazarında yüksək tələbat var. Telegram-ın yaradıcısı Pavel Durov-un sözügedən messencer barəsində dediyi mənfi fikirlərə baxmayaraq Whatsapp yüksək yüklənmə sayını keçərək rekorda imza atıb. Bu barədə Mashable saytı xəbər verib.
Facebook-un mətbuat xidməti bildirib ki, hal hazırda Whatsapp-dan bütün dünya üzrə 2 milyarddan çox insan istifadə edir. 2017-ci ildə bu göstəricini həmçinin Facebook sosial şəbəkəsi də əldə etmişdi. Şirkət qeyd edib ki, onlar üçün ən prioritetli məsələ istifadəçilərin konfidensiallıqlarıdır. Buna görə də Whatsapp-da göndərilmiş hər bir mesaj end-to-end şifrələnmədən keçir. Qeyd etmək lazımdır ki, Whatsapp həmçinin dünyada ən çox yüklənən tətbiqlər siyahısına da daxildir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
