
Whatsapp minimalistik dizaynı və bir yeni funksiyanı əldə edəcək
Sosial Media
05.09.2023
Emil
Whatsapp tərtibatçıları messencerin Android üçün nəzərdə tutulmuş 2.23.18.18 nömrəli yeni beta versiyasını istifadəyə veriblər. Istifadəyə verilmiş yeni beta versiyada messencerin yenilənmiş dizaynı və bir yeni funksiyası sərgilənib. Təqdim edilmiş screenshot fotoya əsasən messencerin dizaynı daha minimalistik tərzdə reallaşdırılacaq. Tətbiqin yuxarı hissəsində ağ panel yerləşəcək və həmin ağ panel üzərində messencerin adı və idarəetmə elementlərinin bəziləri əks olunacaqlar.

Aşağı hissədə isə digər idarəetmə elementləri əks olunacaqlar. Bundan əlavə olaraq messencerin sözügedən beta versiyası çatların müəyyən kateqoriyalar (All, Unread, Personal və Business) üzrə sürətli sıralanması funksiyasını əldə edib. Qeyd etmək lazımdır ki, minimalistik dizayn ilə çatların müəyyən kateqoriyalar üzrə sürətlə sıralanması funksiyası həmçinin Whatsapp-ın iOS versiyası üçün də hazırlanır. Minimalistik dizayn ilə sözügedən yeni funksiyanın stabil Whatsapp versiyasında nə zaman istifadəyə veriləcəyi bilinmir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
