
Məşhur messencer olan WhatsApp, bugün öz gündəlik istifadəçi sayının 1 milyard insan olduğunu bildirdi.
Bundan əlavə
olaraq şirkət, messencerin digər statistika göstəricilərini də təqdim etdi. Gündəlik
1 milyard istifadəçi sayı, keçən il təqdim olunmuş aylıq 1 milyard istifadəçi
sayından əldə olunub. Hal hazırda isə messencerin aylıq istifadəçi sayı 1.3
milyard insandır. Gündəlik 1 milyard istifadəçi sayından əlavə olaraq gün ərzində
bu messencer vasitəsilə 55 milyard ismarıc, 4.5 milyard foto və 1 milyard video
göndərilir. “Hələ keçən il biz qeyd etmişdik ki, ay ərzində WhatsApp-dan 1 milyard insan
istifadə edir. İndi isə biz, 1 milyard insanın bu messencerdən gün ərzində
istifadə etməsi ilə qürur duyuruq" - deyə WhatsApp təmsilçiləri qeyd ediblər. Müqayisə üçün qeyd etmək lazımdır ki, “Facebook”,
İyun ayında qeyd etmişdi ki, onun aylıq aktiv istifadəçi sayı 2 milyard insan təşkil
edir. Bu ilin Aprel ayı üçün statistikalara əsasən Facebook Messenger-in aylıq
istifadəçi kütləsi 1.2 milyard insan, İyun ayına əsasən Instagram-ın gündəlik
istifadəçi sayı 250 milyon insan, May ayına əsasən isə Snapchat-ın aylıq istifadəçi
sayı 166 milyon insan təşkil edib.
Şərh yoxdur