
Whatsapp səsli qrup çatları funksiyasını əldə edəcək
Sosial Media
08.08.2023
Emil
Whatsapp tərtibatçıları messencer üçün yeni funksiyanı test etməyə başlayıblar. Söhbət, 32 nəfərin iştirak edə biləcəyi səsli qrup çatlarından gedir. Messencerin yeni beta versiyasında ortaya çıxmış bu funksiya Whatsapp-ı digər messencerlərin fonunda daha cəlbedici edə bilər. Məlumatda qeyd edilib ki, test edilən bu yeni funksiya qrup çatları daxilində 32 nəfərin iştirakı üçün nəzərdə tutulmuş səsli çatların yaradılmasını mümkün edir.
Qeyd etmək lazımdır ki, Whatsapp bu cür funksiyanı özünə inteqrasiya edən ilk messencer deyil. Belə ki, buna bənzər funksiya Telegram-da hələ 2020-ci ildə istifadəyə verilmişdi. Sözügedən yeni funksiya çərçivəsində qrup çatlarında səs dalğası şəklində olan yeni düymə ortaya çıxacaq. Həmin düyməyə klikləyən zaman qrup çatı daxilində avtomatik səsli çat prosesi işə düşəcək və qrupun istənilən iştirakçısı həmin səsli çata qoşula biləcək.

Səsli çatda heç bir aktivliyin olmadığı halda isə çat 60 dəqiqədən sonra avtomatik yekunlaşacaq. Bu, bir növ Clubhouse sistemini xatırladır. Səsli çatın əsas üstünlüyü onun qrupun hər bir iştirakçısına zəng etmədən işə salınmasıdır. Səsli çatın yaradılması halında qrup istifadəçiləri bu barədə bildiriş əldə edəcəklər. Qrup daxili audio zənglər kimi qrupun hər bir iştirakçısına zəng etməyə ehtiyac qalmır. Məlumatda qeyd edilib ki, digər mesajlar kimi səsli çatlar da end-to-end şifrələnməsinə sahibdirlər. Bu yeni funksiyanın messencerin stabil versiyasında yaxın zamanda istifadəyə veriləcəyi gözlənilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
