Logo
    main-post-cover

    Whatsapp statuslarına səsli qeydlər əlavə etmək mümkün olacaq

    Sosial Media
    14.07.2022
        Whatsapp tərtibatçıları messencer daxilindəki statuslar bölməsində səsli qeydlərin yaradılması funksiyası üzərində çalışırlar. Sözügedən funksiya messencerin artıq beta test versiyasında mövcud olsa da, hələ aktiv deyil. Bu funksiya Whatsapp-ın 2.22.16.3 versiyalı betasında aşkar edilib. Yeni funksiya statuslara foto, video və mətnlərin əlavə edilməsi kimi çalışacaq. İstifadəçi səsli qeydi yaradacaq və onu status formatında messencer daxilində paylaşa biləcək. Foto, video və mətnlər kimi səsli qeydlər də 24 saatdan sonra avtomatik olaraq silinəcəklər. Bu funksiyanın yaxın zamanda istifadəyə veriləcəyi gözlənilir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Whatsapp statuslarına səsli qeydlər əlavə etmək mümkün olacaq | Technote